Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Mingəçevirdə şəhid bulaqlarına sayğac qoydular

Mingəçevirdə şəhidin adını daşıyan bulaqdan ya su gəlmir, ya da sayğac quraşdırılıb.

ARB TV xəbər verir ki, məhəllə sakinlərinin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa isə 6 ay əvvəl sayğac quraşdırılıb. Şəhidin həyat yoldaşı Arzu Mustafayeva deyir ki, bulaqdan daim su gəlməsi üçün hər ay 5 manat ödəyir: “Mingəçevir şəhərində yaşayıb, suya yaxın olduğumuz üçün qəribə gəlir ki, sayğac quraşdırılıb. Əlacsızlıqdan buna da şükür edirik. Çünki yoldaşımın adınadır”.

Mingəçevirin mərkəzində ümumilikdə 6-dan çox şəhid bulağının suyu kəsilib. Şəhər su kanal idarəsindən bunu həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah edirlər. Hazırda həmin su şəbəkələri istismara yararsız olduğundan suyun verilişi dayandırılıb. Belə aydın olur ki, həmin şəhid bulaqları şəhərin ümumi balansında yox, fərdi istifadə kimi qeydiyyata alınır. Buna görə də bura suyun verilməsi sayğacla tənzimlənir.

Şəhid bulaqları ilə bağlı digər narahatlıq isə ərazinin natəmiz olması və xatirə lövhələrinin tanınmaz hala düşməsidir.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir