Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Minsk prosesi rəsmi olaraq bağlandı -ATƏT sülh üçün yeni mərhələ elan etdi

ATƏT Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında müsbət inkişafın müşahidə olunduğunu bəyan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Vyanada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.

Valtonen vurğulayıb ki, avqust ayında  Qarabağ üzrə Minsk prosesi və ona bağlı bütün strukturların bağlanması barədə konsensus əldə olunması mühüm dönüş nöqtəsi olub:

“Bu, sülh prosesini dəstəkləyən və ATƏT-in büdcəsinin qəbuluna mane olan ciddi maneəni aradan qaldıran vacib addım idi”.

ATƏT rəhbərliyi hesab edir ki, Minsk prosesinin formal olaraq bağlanması regionda normallaşma istiqamətində yeni mərhələnin əsasını qoyub və Bakı–İrəvan danışıqlarının irəliləməsinə şərait yaradıb.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …