Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Mirmahmud Mirəlioğlu koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.

Boyukmillet.com xəbər verir ki, bu barədə partiya sədrinin dostları “Facebook” sosial şəbəkəsində paylaşım ediblər.

Məlumata görə, onunla yanaşı, bir neçə ailə üzvü də COVID-19 infeksiyasına yoluxub.

Mirmahmud Mirəlioğlunun hazırda evdə müalicə aldığı, vəziyyətinin qənaətbəxş olmadığı, ciddi müalicəyə ehtiyac duyduğu bildirilir.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …