Bazar , 29 Mart 2026
Drone Cameras

Mirzoyandan İran AÇIQLAMASI: Tehranla strateji danışıqlar DAYANDIRILDI

İrəvan və Tehran arasında strateji tərəfdaşlıq haqqında müqavilənin bağlanması ilə bağlı müzakirələr İran ətrafındakı gərginlik səbəbindən müvəqqəti olaraq dayandırılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli KİV-ə açıqlamasında bildirib.

“Məlum səbəblərdən sənəd hazırda müzakirə olunmur”, – deyə nazir vəziyyəti izah edib.

Bununla belə, Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi həm iranlı, həm də digər tərəfdaşları ilə təmaslarında öz mövqeyini daim çatdırır. Bu mövqe isə rəsmi İrəvanın hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasını istəməsindən ibarətdir.

Xatırladaq ki, cari ilin fevral ayında tərəflər strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalamağı planlaşdırırdılar. Sənədin imzalanmasının Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ildə Tehrana planlaşdırılan səfəri zamanı baş tutacağı ehtimal edilirdi.

Check Also

Avropada “İran şəbəkəsi” HƏRƏKƏTƏ KEÇDİ: Terror cəhdinin QARŞISI ALINDI

Fransa polisi Parisdə “Bank of America” filialının binası yaxınlığında partlayıcı qurğunun yerləşdirilməsi cəhdinin qarşısını alıb. …