Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Misirdə sərnişin qatarı relsdən çıxıb, ölən və xəsarət alanlar var

Misirin şimalındakı Qalyub şəhərində dəmir yolu stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb, nəticədə bir nəfər ölüb, daha 16 nəfər yaralanıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Al-Yaum əs-Sabia” portalı Ərəb Respublikası Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

“İlkin məlumatlara görə, bir nəfər ölüb, 16 vətəndaş yaralanıb, onlardan üçü hadisə yerində yardım alıb”, – portal nazirliyin sözçüsünə istinadən yazır.

Portalın məlumatına görə, qatar Minuf şəhərindən Qahirəyə gedirmiş. Qəza nəqliyyat vasitəsi Qalyub şəhərində dəmir yolu stansiyasından keçərkən baş verib. Hadisə yerinə 20 təcili yardım maşını göndərilib, zərərçəkənlər şəhər xəstəxanasına aparılıb.

“Egypt Today” isə qəza zamanı 2 nəfərin həlak olduğunu, 16 nəfərin yaralandığını xəbər verib.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …