Bazar , 7 Dekabr 2025
Drone Cameras

MM komitəsi: “Total” da daxil olmaqla bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək bu ölkə ilə iqtisadi əlaqələrin dayandırılmasını təklif edib.

Boyukmillet.com xəbər verir ki, komitə Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb.

Bundan başqa, deputatlar Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulmasını istəyirlər.

Təkliflər sırasında “Total” şirkəti də daxil olmaqla bütün fransız kompaniyaların Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi məsələsi var.

Check Also

Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır

 Bu ölkə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində müəyyən mənada iştirak edir “London regional güc balansında daha …