Şənbə , 23 Noyabr 2024
Drone Cameras

MM sədri: “Qarabağın azad olunması türk dünyası üçün yeni imkanlar yaradıb”

“Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova ADA Universitetində VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu birlik bütün ölkələrin, o cümlədən qardaş türk dövlətlərinin maraqlarına cavab verir: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi üçün də yeni imkanlar yaradıb”.

S.Qafarova söyləyib ki, bir neçə gündən sonra-iyunun 15-də biz Azərbaycan–Türkiyə əlaqələrində daha bir əlamətdar hadisəni, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd edəcəyik.

Onun sözlərinə görə, dövlət başçılarımızın güclü qətiyyəti və iradəsi sayəsində ən yüksək zirvəyə çatmış Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə möhürlənmişdir: “Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyən edir.

Xalqlarımızın təmsilçiləri olan parlamentlərimiz də dövlət başçılarının siyasi iradəsini yekdilliklə təsdiqləyiblər”.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …