Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb. 

Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır:

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır”.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …