Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Mövsümdən əvvəl yetişən qarpız ziyanlıdırmı?

Hələ iyun ayı olmasına baxmayaraq, artıq paytaxtda bazarlarda qarpız satılır və məhsul kifayət qədər boldur. Satıcıların yerli mal olduğunu dediyi qarpızın hansı şəraitdə yetişdirilməsi ilə yanaşı, insan orqanizminə nə dərəcədə faydalı və ya ziyanlı olması sualı da ortaya çıxır.

AMEA Genetik Ehtiyatlar İnstitutunun Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sabir Həsənov “Report”a bildirib ki, hazırda bazara çıxarılan qaprız məhsulu sadəcə süni müdaxilə nəticəsində erkən yetişdirilir: “Qarpızı tez yetişdirmək üçün əvvəlcə polietilenin altında cücərdirlər, havanın temperaturu yüksəldikdən sonra üzərini açırlar və nəticədə məhsul bir ay, ayyarım irəli düşə bilər. Bunun məhsulun genetik modifikasiya olunması ilə əlaqəsi yoxdur”.

Mütəxəssis deyib ki, bu cür məhsulun insana mənfi təsir edib-etməyəcəyi orqanizmdən asılıdır: “Bir insan illər ərzində qarpızı ancaq avqust ayında yeyibsə, iyunda bu məhsulun qəbulu mənfi təsir göstərə bilər. Bizim nəsil qarpızı avqust ayında yeməyə öyrəşib. Ona görə də iyun ayında qarpız yesəm, orqanizmim onu yaxşı qəbul etməyəcək. Amma yeni nəsil, son illərdə doğulanların orqanizmində adaptasiya gedir və ona görə də zamanla mövsümündən əvvəl yeyilən meyvə-tərəvəz onlarda problem yaratmır”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov isə “Report”a açıqlamasında bu il qarpız məhsulu ilə bağlı hər hansı şikayət və ya zəhərlənmə faktı qeydə alınmadığını söyləyib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir