Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Moldova Baş nazirinin müavini: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

“Azərbaycan enerji təchizatının şaxələndirilməsi baxımından Moldovanın strateji tərəfdaşıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.

“Bizim enerji resursumuz – neftimiz, qazımız yoxdur. Biz buradakı bir çox dövlətlər kimi o qədər də böyük ölkə deyilik və məsələn, Azərbaycan kimi külək və günəş enerjisi ilə təmin olunmamışıq”, – o deyib.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …