Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Moskva NATO yanındakı nümayəndəliyinin səviyyəsini azaltmaq niyyətindədir

Rəsmi Moskva NATP-nun yürütdüyü siyasətə görə, Alyans yanındakı nümayəndəliyinin səviyyəsini daimidən müvəqqətiyədək azaltmaq imkanını nəzərdən keçirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, belə təşəbbüs ittifaqın konstruktiv dialoqa meyilli olmaması, hər hansısa müzakirənin isə Rusiya tərəfinə qarşı ittihamlara çevrilməsi ilə bağlıdır.

“Daimi nümayəndə Aleksandr Qruşko Moskvaya qayıtdıqdan sonra Brüsseldə müvəqqəti işlər vəkilini saxlamaq variantı nəzərdən keçirilir”, – mənbə bildirib.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir