Cümə , 30 Yanvar 2026
Drone Cameras

Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir

Azərbaycan və Rusiya elektron nəqliyyat qaimələrinin tətbiqi üzrə eksperimentin keçirilməsini araşdırır.

Boyukmillet.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu “Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğu” SC-nin beynəlxalq layihələr və rəqəmsallaşdırma departamentinin rəhbərinin müavini Natalya Zadonskaya bildirib.

“Biz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün ölkələri ilə işləyirik. Xüsusilə, Azərbaycanla “e-CMR”nin (elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) tətbiqi üzrə pilot layihə hazırlanır. Eyni zamanda, Azərbaycan bizi elektron “icazələr”in tətbiqinə də təşviq edir. Düşünürəm ki, Rusiya bu işi davam etdirəcək”, – o bildirib.

“e-CMR” beynəlxalq qaiməsi göndərən, daşıyıcı və yük alan arasında bağlanan üçtərəfli müqavilənin təsdiqidir. Elektron sənədin tətbiqi sərhədləri keçərkən əməliyyatları sürətləndirir və kağız qaiməsi ilə müqayisədə xərcləri azaldır.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …