Şənbə , 27 Aprel 2024
Drone Cameras

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə Azərbaycan istehsalçılarının milli məhsullarının dequstasiya seriyasını təşkil edib.

“Report”un Rusiya bürosu xəbər verir ki, dequstasiya seriyası “Rusiya” beynəlxalq sərgi forumu çərçivəsində keçirilib.

“Azərbaycan” pavilyonunun ticarət zalında quru meyvə və şirniyyatların ən yaxşı istehsalçılarının məhsullarının nümunələri təqdim olunub.

Qonaqlar milli ənənəvi Azərbaycan çayının, mövsümi meyvələrdən hazırlanan kompotların, Şamaxının qərb hissəsindən olan məşhur üzümlüklərin orqanik şərabının dadına baxmaq fürsəti əldə ediblər.

Check Also

Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib. Boyukmillet.com xəbər verir ki, …