Cümə , 26 Aprel 2024
Drone Cameras

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirillvə ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.

Boyukmillet.com xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar.

Xatırladaq ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

Check Also

Allahşükür Paşazadə: İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır

Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. …