Şənbə , 12 Aprel 2025
Drone Cameras

Moskvada Ermənistandan olan miqrantlara qarşı nəzarət gücləndiriləcək

Gömrük İttifaqı ölkələrindən, o cümlədən Ermənistandan Moskvaya işləmək üçün gələn miqrantlar şəhər rəhbərliyinin ciddi nəzarəti altında olacaq.

 

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Regional Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə idarəsinin Moskva şöbəsinin rəhbəri Aleksey Mayorov bildirib.

“Şəhərdə lisenziyasız işləmək hüququna malik bir neçə kateqoriyadan olan vətəndaşlar var. Bura həmçinin vahid Gömrük İttifaqına daxil olan ölkələrin vətəndaşları daxildir. Yoxlamalar göstərib ki, məsələn, ticarət və xidmət sahəsində çalışan bu şəxslər heç də həmişə müvafiq tibbi sənədlərə malik olmur. İşə götürənlər isə heç də həmişə onların adını vergi üzrə rəsmi hesablara salmır”, – deyə o bildirib.

Şöbə rəhbəri qeyd edib ki, 2016-cı ilin sonuna qədər Moskva və federal səviyyədə konkret təkliflər hazırlanacaq.

Xatırladaq ki, Gömrük İttifaqına Rusiyadan əlavə, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir