Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Bu gün Bişkekdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilir.

 

“Report”un məlumatına görə, iclas zamanı nazirlər MDB Dövlət Başçıları Şurasına təqdim olunacaq sənədləri razılaşdırıb, tam hazırlayacaq.

MDB dövlət başçılarının sammiti isə Bişkekdə bu gün günün ikinci yarısında işinə başlayacaq.

Sammit çərçivəsində təkbətək və geniş tərkibli görüşlər keçiriləcək. Son iclasın yekununda sənədlərin imzalanması mərasimi, sonra isə Qırğızıstan prezidenti Almazbek Atambayevin adından rəsmi qəbul keçiriləcək.

Müzakirəsi planlaşdırılan mövzular arasında MDB-nin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar dövlət başçılarının bəyanatını, Birliyin müasir reallıqlara adaptasiyası məsələsini, 2017-ci ildə MDB-nin sədrliyinin Rusiyaya keçidi məsələsini, növbəti Dövlət Başçıları Şurasının iclasının yerinin və tarixinin müəyyənləşdirilməsini qeyd etmək olar.

Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentlərinin iştirak edəcəyi gözlənilir. Moldovanı iclasda baş nazir, Türkmənistanı baş nazirin müavini, Özbəkistanı xarici işlər naziri, Ukraynanı isə ölkənin Qırğızıstandakı səfiri təmsil edəcək.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir