Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Moskvada havanın temperaturu 1925-ci ildə qeydə alınmış rekordu qırıb

Moskvada havanın temperaturu 1925-ci ildə qeydə alınmış rekordu qırıb.

Boyukmillet.com xəbər verir ki, fevralın 19-da Rusiya paytaxtında havanın temperaturu müsbət 4,7 dərəcəyədək qalxaraq, 1925-ci ildə qeydə alınmış müsbət 3,7 dərəcəni ötüb.

Qeyd edək ki, bu il Rusiyanın Avropa hissəsində qış olduqca isti keçir. Mütəxəssislər mart ayının iqlim normalarına uyğun keçəcəyini bildirirlər. Hazırda Rusiya ərazisində geniş Şimali Atlantika siklonu hökm sürür. Bu səbəbdən ölkənin bütün ərazisində fevral ayı üçün xarakterik olmayan isti hava müşahidə olunur.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …