Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Sima Babayeva: Təkcə icra hakimiyyətləri deyil,ayrı-ayrı dövlət qurumları polis və məhkəmə orqanlarından da böyük narazılıqlar var.

Ölkədə korrupsiyaya qarşı əməliyyatların növbəti mərhələsi başladı. Xüsusi ilə rayon İcra hakimiyyətinin başçılarına Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar ölkədə ciddi rezonans doğurmaqdadır.

Boyukmillet.com informasiya portalının redaktoru Sima Babayeva son hadisələrlə bağlı saytımıza açıqlama verib. Redaktor bildirir ki, Ağstafa rayonunun icra başcısı və mavininin daha sonra Yevlax rayon keçmiş icra başçısının həbsinin ardınca bu gün Neftçala rayon icra hakimiyyətinə qarşı əməliyyyatın keçirilməsi cəmiyyətdə böyük əks-səda yaradıb.Ölkə başçısının son açıqlamalarından sonra baş verən həbslərin əhatəsinin daha da genişlənəcəyindən xəbər verir.Sima Babayeva bildirib ki, təkcə icra hakimiyyətləri deyil,ayrı-ayrı dövlər qurumları polis və məhkəmə orqanlarından da böyük narazılıqlar var.Bütün bu məsələlər ölkə rəhbərliyinin diqqət mərkəzindədir.Proseslər onu göstərir ki korrupsiya, rüşvətalma və məmur özbaşınalıqları ilə bağlı həyata keçirilən əməliyyatlar daha da genişlənəcəkdir.

Mirağa

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …