Bazar , 22 Dekabr 2024
Drone Cameras

Moskvada Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilir

Dekabrın 28-də Moskvanın “Ukrayna” otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilir.

AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi, həmçinin Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edirlər.

Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı dinləniləcək, məruzə ətrafında çıxışlar olacaq. Tədbirdə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur.

Qurultayda Mərkəzi Şura, Rəyasət Heyətinin yeni tərkibi seçiləcək, daha sonra Mərkəzi Şuranın iclası keçiriləcək. Tədbirin yekununda bir sıra sənəd və müraciətlərin qəbul olunması gözlənilir.

Ən böyük diaspor təşkilatı olan ÜAK ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci il martın 5-də Moskvada yaradılıb. Təşkilatın məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqlarının həyata keçirilməsində yardım etmək, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət göstərməkdir. Rusiya Federasiyasındakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin əlaqələndirilməsi də Konqresin prioritet vəzifələrindəndir. Hazırda ÜAK-ın Rusiyanın 83 bölgəsində bölməsi fəaliyyət göstərir. Təşkilatın III Qurultayı 2011-ci il noyabrın 25-də keçirilib.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir