Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

BDU-nun müəllimi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” medalı ilə təltif olunub

BDU-nun müəllimi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” həsr olunmuş medalı ilə təltif olunub.

Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

BDU-nun Filologiya fakültəsinin müəllimi, Abay adına qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin rəhbəri Fatima Dursunova ikitərəfli münasibətlərin inkişafı, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” həsr olunmuş bayram medalı ilə təltif edilib.

Mükafatın təqdimat mərasimi “Qazaxıstan-Azərbaycan” Dostluq Cəmiyyəti üzvlərinin iştirakı ilə Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilib.

Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi 2011-ci ilin may ayında Bakı Dövlət Universitetində açılıb. Mərkəzin mühüm vəzifələrindən biri qardaş Qazax xalqının mədəniyyətini yaymaq məqsədilə informasiya dəstəyidir.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir