Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Mossad rəhbəri Qəzza danışıqları üçün Romaya gedib

İsrail kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnea Romaya səfər edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS”ın müxbirinə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin müşaviri Dmitri Qendelman məlumat verib.

O, Romada ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Misirin Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamel və Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.

Görüşdə Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar aparılacaq.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …