Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Mövlud Çavuşoğlu: “Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir”

“İraqda terror təşkilatları hələ də var. Amma İŞİD artıq zəifləyib”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib.

“PKK və digər terror təşkilatları təxribatlarını davam etdirir. Biz həmişə deyirik ki, terror təşkilatları həm İraq, həm də bizim üçün təhdiddir. Əgər yerli rejim terrorla mübarizəni bacarmırsa, biz bunu edərik. İraq hakimiyyəti terrorla uğurlu mübarizə apara bilmir. Təxribatların davam etməsinin səbəbi də budur”, – o bildirib.

M.Çavuşoğlu söyləyib ki, Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir: “Onlar terrorçuları ərazidən çıxarmalı idilər. Amma bunu etmədilər. ABŞ hələ silah dəstəyini davam etdirir. ABŞ buna izahat verməlidir”.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …