Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına münasibət bildirib

“Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb görmürəm”.

Boyukmillet.com NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyə ilə uçuşları məhdudlaşdırması qərarına münasibət bildirərkən deyib.

“İstər-istəməz bunun mənfi təsirləri olacaq. Uçuşların bərpası istiqamətində fəaliyyət göstəririk. Qərarın arxasında siyasi səbəb görmürəm”, – o vurğulayıb.

Qeyd edək ki, Rusiya COVID-19-un yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuşların məhdudlaşdırılması barədə qərar qəbul edib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …