Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Mövlud Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”

“Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, türkün yolu Orta dəhlizdən keçir:

“Mənə maraqlıdır ki, Azərbaycandan nə istəyirlər? Azərbaycan Qarabağı işğaldan azad etmək üçün dəstək olanda daxilimizdəki bəziləri təəssüfləndi”.

O bildirib ki, bu gün Türkiyə regional və qlobal siyasi aktordur:

“Ukraynadakı müharibənin ən qısa zamanda bitməsi üçün səmimi səy göstərən yeganə ölkə Türkiyədir. Deyirlər ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır. Niyə? Axı bu sanksiyalardan itirən xalq olacaq”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …