Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Müəllimin evində təhsil alan şagirdlər üçün yeni məktəb tikiləcək

Təhsil Nazirliyi bir müddət əvvəl Cəlilabad rayon Musalı kənd orta məktəbinin müəlliminin evində bir qrup şagirdə dərs keçməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ilin Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramında Cəlilabad rayon Musalı kənd tam orta məktəbin layihə-smeta sənədlərin hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda məktəbin 5-11-ci sinif şagirdləri qonşu Zəhmətabad kənd orta məktəbində tədrisini davam etdirirlər. Məktəb binası 1969-cu ildə tikilib və bu vaxta qədər əsas təmir işləri aparılmayıb.

Check Also

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət etdi

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə …