Şənbə , 18 May 2024
Drone Cameras

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi başlayacaq

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi həyata keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Qeyd olunub ki, müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır.

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və əsas iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, hazırlanmış proqram təminatı vasitəsi ilə qarşılıqlı yerdəyişmə etmək istəyən şəxslərə tamamilə elektron şəkildə müraciət və yerdəyişmə etmək imkanı yaradılıb.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …