Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Müdafiə naziri DƏHŞƏTLİ REALLIQLARDAN danışdı: evlərində raket saxlayırlar, müharibə olsa…

Livanın əsas problemi Hizbullah qruplaşmasının lideri Həsən Nəsrullahdır.

Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Beni Qantz parlamentin Müdafiə Komitəsinin iclasında deyib.

O bildirib ki, Nəsrullah İsrailin şimal cəbhəsindəki ən böyük düşməni olsa da, Livan üçün yaratdığı təhlükə daha böyük problemdir.

“Livan kəndlərindəki İran silahlarıyla yenidən bənzər vəziyyət baş verərsə, nə olacağını düşünün. Livanda eyni dam altında qonaq və raket saxlanılan otaqlar var. Bu raket partladığı təqdirdə qonaq otağı da dağılacaq və Livandakı vətəndaş cəmiyyəti ağır əvəz ödəyəcək. Hərbi müəssisə olaraq silahları mülki obyektlərdə saxlayan düşmənlərlə qarşılaşırıq. Əgər döyüşməkdən başqa çarəmiz qalmasa, bunun ağır nəticələri ola bilər”, – Qantz bildirib.

Qeyd edək ki, 4 avqustda Beyrut limanında baş verən partlayışın məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürsə də, İsrail bu işdə başqalarının əli olduğunu iddia edir. “Hizbullah”ın baş katibi Həsən Nəsrullah televiziyadakı çıxışında güclü partlayışın baş verdiyi Beyrut limanında “Hizbullah” silahlarının olması barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını, bu cür şayiələrin faciəni siyasiləşdirmək üçün yayıldığını söyləyib.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …