Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Müdafiə Nazirliyinin Baş İdarəsi məmur oğluna həvalə

Fərid Əliyev PA-nın sektor müdiri Əlibaba Əliyevin oğludur

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrasının general-mayor Fərid Əliyevə həvalə edildiyi bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Əliyev noyabrın 19-da İrana səfər edib.

“General-mayor Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Tehrana səfər edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb”, – deyə nazirlik vurğulayıb.

Bəs Fərid Əliyev kimdir?

Hökumətə yaxın media yazır ki, 1987-ci il təvəllüdlü Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı, hazırda isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışan Əlibaba Əliyevin oğludur.

Fərid Əliyev isə özü əvvəllər Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə ona general-mayor hərbi rütbəsi verilib.

2024-cü ilin yanvarında Gömrük Komitəsindəki vəzifəsindən istefa verib.

Onun Müdafiə Nazirliyinin ən gənc generalı kimi bir neçə aydır ki, Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra etdiyi bildirilir.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …