Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub

26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub.

Boyukmillet.com xəbər verir ki, mediatur çərçivəsində KİV nümayəndələrinə anbarlardakı geyim və ərzaq nümunələri barədə məlumat verilib.

Qeyd olunub ki, anbarda Azərbaycan Ordusunun hər bir qoşun növünün yay və qış geyimləri saxlanılır. Anbarlardakı geyim nümunələri ilə bağlı media nümayəndələri məlumatlandırılıb.

Daha sonra təminat anbarlarındakı ərzaqların saxlanma şəraiti ilə tanışlıq olub. KİV nümayəndələrinə saxlanılan ərzağın növləri haqqında da geniş məlumat verilib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Aqil İsmayılov 44 günlük Vətən müharibəsində ordumuzun döyüş təminatının yüksək səviyyədə olduğunu deyib:

“Cəbrayıldan Şuşaya qədər döyüş yolu keçmişəm. Baxmayaraq ki, döyüşdüyümüz ərazilərin relyefi çətin idi. Lakin Azərbaycan Ordusunun istər geyim, istər ərzaq, istərsə də digər əşyalarla təminatı yüksək səviyyədə təşkil olunmuşdu. Bəzi yerlər var idi ki, artıq ora avtomobil və texnikaların getməsi mümkün deyildi. Ancaq buna baxmayaraq, piyada da olsa, ərzaq, geyim, silah-sursat yəni, bütün təminat döyüşçüyə çatdırılırdı. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu zəfər qazandı və 30 illik torpaq həsrətinə son qoyuldu”.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …