Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Mübariz İbrahimovun atası ilk dəfə Nərminə cavab verdi – VİDEO

Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt edib. O, paylaşdığı videoda Mübariz İbrahimovu “qatil” və “cinayətkar” adlandırmaqdan belə çəkinməyib.

Qeyd  olunan  məsələ  cəmiyyətdə  ciddi  etirazlarla  qarşılanıb. Bir  sıra  tanınmış  şəxslər, şəhid  ailələri, sadə  insanlar  gənc  xanıma etirazlarını müxtəlif  formada  bildirib. Nərmin  Şahmarzadə  özü  isə  şəxsi  facebook  hesabında  paylaşdığı  videoda  söylədiyi  fikirlərə  görə peşman olmadığını  və  sözünün  üstündə  dayandığını  bildirib.

boyukmillet.com  xəbər  verir  ki,  məsələ ilə bağlı Milli Qəhrəmanın atası Ağakərim İbrahimov da münasibət bildirib.O, qeyd edib ki, belə bir məsələyə baş qoşmaq əvəzinə, övladlara sevgi, məhəbbət öyrədilməsinin tərəfdarıdır. Həmin kadrları təqdim edirik:

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir