Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Bu müharibəyə cəlb olunmuş ölkə üçün böyük zərbədir-Mətanət Əsgərqızı

Hər zaman maraqlı yazıları ilə gündəmə gələn Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının feysbuk sosial şəbəkəsindəki statusunu olduğu kimi sizə təqdim edirik.

Hərdən düşünək niyə son zamanlar gərəksiz məsələlərə başımızı qatırlar. Tutaq ki, başı qırxılan qadın… Daha sonra başqa bir məsələ. Bu milllətin torpaq, şəhid məsələsinə toxunmaq xalqın heysiyyatı ilə oynamaq deməkdir. Milli Qəhrəmanımız Mübariz İbrahimova dəyəri 3 qəpik olan birisi dil uzadır. O sedanın qızında erməni qanı olduğuna şübhəniz olmasın.Amma inanın bunlar bir mərkəzdən idarə olunan məsələlərdir. Düşmən əli var. Biz nə edirik? Bizi xeyrimizə bir mərkəzdən idarə edənlər varmı vətən, torpaq naminə. Nəyə hazırıq, müharibəyə?…

Onda niyə cənab Prezident hər müsbət addımlar atanda rəzilliklər yaşanır? Elə şərait yaradılır ki, insanlar narazı qalırlar. Bu müharibəyə cəlb olunmuş ölkə üçün böyük zərbədir. Vətənpərvərlik işinə maneədir. Bax ha, əlinə silah alarsan səni bu aqibət gözləyər. Elə isə təmkinli olaq və prosesləri izləyək. Nəticə çıxaraq. Xaos və narazılıq yaradanların adlarını üzə çıxaraq. Nərmin peşkadır. Çox vacib məsələlərdən diqqətləri yayındırmaq üçün… Sifarişçi kimdir? İnanın daxilimizdəki ermənilər. Azərbaycanda 92- də 30 min erməni yaşayırdısa indi bu rəqəm 100 000-dir. Nəhayət bir mərkəzdən idarə olunan mobil qruplar olmalıdı ki, belə təxribatçıların qarşısı alınsın.

Hərənin ağzından min avaz gəlməsin. Deputat Siyavuş Novruzov kimilər ermənilərə zəmin hazırlayırlar. Gələcəklər deputat olacaqlar. Öz dillərində danışacaqlar. Baxın, biz buyuq. Bu qədər məhrumiyyətlər yaşadıq, zehnimiz sovetlərdəki kimi qalıbdır, Azərbaycan Hayastan qardaş olub… Bizi buna hazırlayırlar. Ermənilərin gəlişinə, yenə vəzifələrə onlar təyin olunacaqlar. Yenə kişilərimiz onlarla evlənəcək… Nərminlər , bir çox tovarişlər yenə bu millətin aydınlarını məhv edəcəklər. Hərəkətləri, sözləri ilə…adamlar çörəklə imtahana çəkiləcəklər… ağrılıdı, amma imkan verməyək ki, sedalar, hayqanuşlar, serjiklır cücərsinlər…

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir