Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

MÜRVƏT HƏSƏNLİ ASLAN İSMAYILOVA QALİB GƏLDİ! – “Böhtançı olduğu sübut olundu” (QƏRAR)

Hüquqşünas Aslan İsmayılov tanınmış iş adamı, “Xəmsə” Holdinqin sahibi Mürvət Həsənli ilə məhkəmə çəkişməsində biabırçı məğlubiyyətə uğrayıb.

Boyukmillet.com-ın məlumatına görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Aslan İsmayılovu Mürvət Həsənliyə böhtan atdığına, onun işgüzar nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyinə görə cərimə edib və qarşı tərəfdən üzr istəməsi barədə qətnamə çıxarıb. M.Həsənlinin iddiası üzrə qərar iyulun 14-də hakim Elmar Rəhimovunsədrliyi ilə keçən prosesdə elan olunub.

M.Həsənli hüquqşünası özünün Facebook səhifəsində paylaşdığı və “Musavat.com” saytında yayımlanmış “Tanınmış hüquqşünas erməni şirkəti ilə əməkdaşlıq iddiasını darmadağın etdi” adlı yazıda təhqir olunmasına, böhtana məruz qalmasına görə məhkəməyə vermişdi. Aylardır davam edən proses sonunda məhkəmə M.Həsənlini haqlı hesab edib. Məhkəmə böhtan və təhqir xarakterli ittihamlarına görə, A.İsmayılovun özünün Facebook səhifəsində və “Musavat.com” portalında təkzib dərc etməsi və mənəvi zərərə görə qarşı tərəfə simvolik məbləğdə – 500 manat cərimə ödəməsi barədə qətnamə çıxarıb. Bundan başqa, A.İsmayılov aparılmış ekspertizaya görə də dövlət büdcəsinə 250 manat ödəməlidir.

M.Həsənli “AzPolitika”ya açıqlamasında məhkəmə qərarını ədalətin bərpası və Aslan İsmayılovun böhtançı olduğunun sübutu adlandırıb.

0102

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir