Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Mürvət Həsənli: “İxrac yumurtaları ciddi yoxlanışdan keçirməlidir”

“Avropada təsbit olunan və daha sonra dünyanın bir çox ölkələrində qeydə alınan zəhərli yumurta böhranı Azərbaycanın quşçuluq təsərrüfatlarını ciddi düşündürməlidir. Çünki bu, ölkəmizin ən ümdə prioritetlərindən olan ərzaq təhlükəsizliyi məsələsidir və əlaqədar qurumlar cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə gündəmə gətirilən bu strategiyanın həyata keçirilməsində əllərindən gələni əsirgəməməlidirlər”.

Boyukmillet.com AzPolitika.info-ya istinadən xəbər verir ki, iş adamı Mürvət Həsənli dünyanın bir sıra ölkələrində yayılan zəhərli yumurta böhranını şərh edərkən belə deyib.

Qeyd edək ki, son vaxtlar Belçika, Almaniya, Fransa, İtaliya, Hollandiya və digər Avropa ölkələrində bit dərmanıyla zəhərlənmiş yumurtaların istehlak bazarından yığılaraq məhv olunmasına qərar verilib və bu proses Asiyaya da yayılaraq, dünyanın 20 ölkəsi bu böhrana qarşı mübarizəyə qalxıb. Mübarizənin əsas istiqamətlərindən biri isə yumurta ixracatına məhdudiyyətlər gətirmək olub.

Mürvət Həsənli eyni siyasətin Azərbaycanda daha həssasiyyətlə yürüdülməsinin tərəfdarıdır: “Çünki 2015-ci ilə qədər ölkəmizə ən çox damazlıq yumurta satan şirkətin əsas sahibkarlarının erməni olması ortaya çıxandan sonra bir çox yerli təsərrüfatlar onunla əməkdaşlığa son qoymuşdular. Elə həmin sıralarda cənab Prezidentimizin təşviqləriylə damazlıq yumurta istehsal edən yerli damazlıq şirkətləri də yaradılmış, quşçuluq təsərrüfatlarının toxumluq tələbatını 100% ödəyəcək səviyyəyə gətirilmişdi. Azərbaycan bazarını itirdiklərini anlayan məlum erməni şirkəti əks tədbirlər görməyə başlamış, faktiki bütün dünya dövlətləri tərəfindən qadağan olunan dempinq metoduna əl atmışdır. Yəni məhsulun qiymətini maya dəyərindən aşağı salmaqla, bazardakı rəqiblərini, daha konkret desək, Azərbaycanın yerli təsərrüfatlarını sıradan çıxarmağa çalışırlar. Bu isə ölkəmizin ərzaq təhlükəsizliyi proqramına, qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasına qarşı yönəlmiş addımdır”.

Yerli təsərrüfatlarımızın bir çoxunun bu erməni şirkətinin bəd niyyətini artıq anladığını və onlardan yumurta almağı dayandırdığını bildirən iş adamının dediyinə görə, hazırda yalnız “Qaraqaşlı” broyler bu əməkdaşlığı davam etdirir:“Mətbuata sızan məlumatlardan aydın olur ki, “Qaraqaşlı” broyler Türkiyədən aldığı damazlıq yumurtaları xeyli aşağı qiymətə sənədləşdirir və faktiki olaraq dövlət qurumlarını aldadır. Maraqlıdır ki, onun bu işdə əsas tərəfdaşları ermənilərdir. Çünki gömrük sənədlərindən “Qaraqaşlı”nın təchizatçısı kimi “Garanti” və “Orallar” firmaları görünür. Hər iki firma isə “Emre Piliç”dən törəmədir”.

omur-oral01

Bu iddiasına aydınlıq gətirən Mürvət Həsənlinin fikrincə, “Emre Piliç”in 3 sahibindən 2-si – Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan erməni idilər və sahiblərinin kimliyi ortaya çıxandan sonra “Emre Piliç” Azərbaycan bazarını itirməmək üçün əvvəl “Orallar”, daha sonra isə “Garanti” adıyla işini davam etdirdi. Yaradılan yeni şirkətlərin sahibləri kimi başqa adlar göstərilirsə də, “Emre-Pliç”-in digər əsas idarəçiləri “Orallar”da və “Garanti”də görünməyə başladılar. Bu fakt həmin şirkətlərin törəmə olduqlarını təsdiqləyir”.

Azərbaycana damazlıq yumurtanın təkcə Türkiyədən deyil, həmçinin “zəhərli yumurta” böhranının yayıldığını etiraf edən Avropa ölkələrindən də gətirildiyini bildirən iş adamı, bu tendensiyaya göz yumularsa, ölkə insanlarımızın səhhətinin ciddi risk altına düşəcəyini vurğuladı. O, həmçinin bu yaxınlarda iqtisadçı ekspert Elçin Quliyevin məsələylə bağlı şərhini oxuduğunu, şərhdə çox ciddi məsələlərin gündəmə gətirildiyini və həmin iddialarla razılaşdığını da gizlətmədi: “Ekspert öz şərhində “Orallar” şirkətinin dempinq siyasətilə zəhərli yumurta böhranı arasında maraqlı əlaqə qurub. E.Qurbanovun fikrincə, bir çox təsərrüfatlar üçün məhv edilməsi nəzərdə tutulan zəhərli yumurtaları maya dəyərindən qat-qat aşağı qiymətə satılması da sərfəlidir. Mümkündür ki, Azərbaycana idxal olunan məhsullar həmin zəhərli yumurtalardır. Şirkətin sahibkarlarının erməni olması bu dempinq siyasətinin həm də təxribat məqsədi daşıya biləcəyi ehtimalına yol açır”.

Zəhərli yumurta və toyuqların insan sağlamlığına tədricən zərər vurduğunu vurğulayan iş adamının fikrincə, bu məqam erməni bədxahlarımızın işinə yaraya bilər: “Bütün bunları nəzərə alan müvafiq qurumlar ölkə əhalisinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün ixrac yumurtaları ciddi yoxlanışdan keçirməlidir”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir