Cümə , 26 Aprel 2024
Drone Cameras

Müharibəyə görə Ukraynadan qaçan erməni biznesmen vətənində güllələnib

Ermənistanın Qeqarkunik rayonunda sakinlər arasında atışma olub.

Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 44 yaşlı Karen Poqosyan 41 yaşlı Askanaz Poqosyan tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir.

Qeyd edilir ki, zərərçəkmiş uzun illər Ukraynada bizneslə məşğul olub və Rusiya-Ukrayna müharibəsi başlayanda həmin ölkədən qaçıb.

Zərərçəkən və hadisəni törədən şəxslərin qohum olduqları bildirilir.

Check Also

İranda dörd məhkum edam edilib

İranın Kərəc şəhərində dörd məhkum barəsində çıxarılan edam hökmü icra olunub. Boyukmillet.com xəbər verir ki, …