Cümə , 10 May 2024
Drone Cameras

Mustafa Şentop: “Türkiyə-Azərbaycan birliyinin daha da möhkəmlənməsini arzulayırıq”

“Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.

“Bizim arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə də eşidilməsidir”, – TBMM sədri əlavə edib.

Onun sözlərinə görə, bugünkü konqres Qarabağ məsələsinin də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında faydalı olacaq:

“Burada 100-dən çox alim iştirak edir”.

M.Şentop xatırladıb ki, Türkiyə rəsmiləri ilk ziyarətlərini Azərbaycana, Azərbaycan rəsmiləri isə Türkiyəyə edirlər: “Bu, çox önəmli məsələdir”.

Check Also

ABŞ Bakı ilə Yerevanın Almatıdakı görüşünü dəstəkləyib

Vaşinqton bu görüşü sülh danışıqları üzrə prosesi davam etdirmək üçün vacib sayır Amerika Birləşmiş Ştatları …