Cümə , 22 Noyabr 2024
Drone Cameras

Müzəffər Ali Baş Komandanımızın ad günüdür!

24 Dekabr Bizi parlaq gələcəyə inamla yönləndirən,qələbədən-qələbəyə qətiyyətlə istiqamətləndirən Uzaqgörən Prezidentimiz,Müzəffər Ali Baş Komandanımızın ad günüdür!

Azərbaycan Xalqı var olduqca var olacaq, Azərbaycan Xalqının daim qəlbində yaşayacaq Ümummilli Liderimiz , bizim Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin ailəsində, tarix 24 Dekabr 1961 ilini göstərən zaman, Azərbaycan Xalqına tarixin yeni hədiyyəsi, bütün həyatının Xalqının gələcəyinə və rifahına həsr olunmasına razı olacaq günümüzün uzaqgörən siyasətçisi ,yaradıcı islahatçısı, iqtisadi yenilikçisi, uğurlu gələcək vəd edən, Silahlı Qüvvələrin Müzəffər Lideri, Ali Baş Komandanı İlham Əliyev dünyaya göz açır.
Ümummilli Liderimiz Heydər Əliyev “Milli Özünəqayıdış”ın əsasının qoyulması istiqamətində fəaliyyət və islahatlarına başladığı vaxtlar İlham Əliyevin 6-7 yaşlarına təsadüf edir. Bu gözəl təsadüfün diqqət yetirəcək ağırlıq mərkəzi, əsas məqamı tam fərqlidir. Bir insanın ətrafını, ona təsir edən amilləri, dünyanı dərk etməyi tam anlamıyla başladığı bir dönəmi ifadə etməkdədir bu yaşlar . Bəli, məhz bu yaşlarından etibarən başlayır Möhtərəm Prezidentimizin gələcəyə hazırlıq, həyatının öz xalqına, xalqının gələcəyinə həsr edilməsinə bağışlanması dövrü. Necə anlamlıdır. Yaşın 6-7 , artıq Xalqın üçün , Xalqının gələcəyi üçün yaşayacaqsan . Bir neçə cümlədə ifadə etməyə çalışdığımız bu məna dolu dövrü ifadə etməyə kitablar belə yetərli deyildir. Bizlərə ünvanlanan: “Diplomat olaraq niyə məhz bağçada fəaliyyət göstərməyə başlamısınız?”sualına cavabı burda aramaq lazım gəldiyini bildirmək istərdim.
Bu gün də Uzaqgörən Prezidentimiz,Müzəffər Ali Baş Komandanımız öz Xalqı, Xalqının rifah dolu gələcəyi üçün dayanmadan mübarizə aparır, dünyanın mürəkkəb yeni çağırışlarına yaradıcı və dünyəvi yenilikçi yanaşma sərgiləyərək, beynəlxalq və regional nailiyyətlərə imza atmağa davam etməkdədir. Qısa zaman içində həyata keçirdiyi bütün istiqamətli yaradıcı islahatları ilə Azərbaycanımızı dünyaya tanıtması , Azərbaycan və Azərbaycançılığı qəbul etdirməsi, Azərbaycanı qlobal və regional siyasi, iqtisadi, ,hərbi güc nümunəsi mərtəbəsinə ucalmasına nail olması və yenilikçi yanaşması ilə bu nümunəvi islahatların qlobal arenalarda müqayisə meyarına çevrilməsi qeyd edilənlərin bariz sübutudur. İncələmələrin aparılması ilə rahatlıqla nəzərə çarpan budur ki, atılan bütün addımlar, həyata keçirilən bütün islahatlar, icra edilən bütün fəaliyyətlər yüksək dəqiqliyə malik ardıcıllıqla təyin edilmişdir.
27 Sentyabr – 10 Noyabr 2020-ci il tarixlərində Xalqımızı “Vətən Müharibəsi”nə səslədi Cənab Ali Baş Komandanımız. Dünya Azərbaycanlıları Onun ardınca getdi. Nəticədə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə böyük qələbəni tarixə yazdıq. Uzun illərdir düşmən tapdağı altında qalan Vətən torpaqlarımız işğaldan azad edildi, viran qalmış tarixi torpaqlarımız əsil sahibinə qovuşdu, günəşli günlər görməyə başladı. Dünyanın heyrətlə izlədiyi inkişaf layihələrinə və planlarına uyğun yenidənqurma işləri sürətlə inkişaf etdi.
2021-ci il Noyabr ayının 12-də, Türk Dövlətlərinin dövlət başçılarının iştirak etdiyi İstanbul şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının tarixi iclasında Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Qeyd edilən təltif, Cənab Prezidentimizin Türk Dünyası adına fəaliyyət və nailiyyətlərinin qiymətləndirilməsi kimi çox kürsülərdə vurğulanmaqdadır .

Biz gənclər əminliklə demişik, deyirik və deyəcəyik ki, yaxşı ki, varsınız Cənab Prezident! Sizin sərkərdəliyinizlə zəfər qazanan Xalqımızın qələbə sevinci ilə yaşadığı, qurub yaratdığı bir şəraitdə Sizi ad gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır. Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Allahdan Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar arzu edirəm!

LEYLA MƏMMƏDOVA

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …