Cümə , 22 Noyabr 2024
Drone Cameras

Namik Ələskərov ciddi zədələnib

Yunanıstanda “Olimpiakos”la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən “Neftçi”nin futbolçusu Namik Ələskərovun zədəsi ciddidir.

Boyukmillet.com xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abvasov matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçinin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqları var: “Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq”.

Qeyd edək ki, 43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.

Qarşılaşma “Neftçi”nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb – 0:1.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …