Bazar , 5 Aprel 2026
Drone Cameras

NATO-dan Ankaraya S-400-lə bağlı gözlənilməyən jest

Rusiyadan S-400 komplekslərini almaq Türkiyənin suveren hüququdur.

Axar.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

“NATO müttəfiqləri hansı silaha yatırım etməklə bağlı özləri qərar verirlər. NATO üçün vacib olan fərqli döyüş sistemlərinin qarşılıqlı fəaliyyət imkanlarıdır. S-400-ün NATO-ya inteqrasiyası haqqında sorğu hələlik təşkilata göndərilməyib. Bu sistemin inteqrasiyası elə də asan iş deyil.

Biz Türkiyənin təhlükəsizliyinin təminatında aktiv iştirak edirik. NATO Türkiyəyə AWACS radiolokasiya sistemləri ilə təchiz olunan təyyarələr göndərib. Həmçinin burada “Patriot” və SAMP-T zenit raket komplekslərinin sayını artırmışıq. Türkiyənin öz təhlükəsizliyi sahəsində qayğılarını NATO-da hər kəs anlayır”, – deyə o bildirib.

 

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir