Şənbə , 20 Aprel 2024
Drone Cameras

NATO-nun 9 ölkəsi Ukraynaya hərbi yardımı artırmağa çağırıb

NATO-nun 9 ölkəsi (Polşa, Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Monteneqro, Rumıniya, Slovakiya) Ukraynaya hərbi yardımı əsaslı şəkildə artırmağa çağırıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “RBC-Ukraina” liderlərin müvafiq bəyanatına istinadən xəbər verir.

“Biz 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitinin Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını qətiyyətlə dəstəkləyirik. Rusiyanın bütün işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edirik və bütün müttəfiqləri Ukraynaya hərbi yardımını əhəmiyyətli dərəcədə artırmağa çağırırıq”, – bəyanatda deyilir.

Bəyanat müəllifləri qeyd edib ki, onlar Rusiyanın Ukrayna ərazisini ilhaq etmək cəhdlərini tanımırlar və heç vaxt tanımayacaqlar.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb. Ukraynanın qərarı artıq Kanada, Litva, Latviya və Estoniya kimi dörd ölkə tərəfindən dəstəklənsə də, prosedur Alyansın bütün 30 üzvünün yekdilliklə təsdiqini tələb edir.

Check Also

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, …