Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar

NATO-nun müdafiə nazirləri Brüsseldə keçirilmiş görüşdə Baltik dənizinin təhlükəsizliyi ilə bağlı bəyannamə imzalayıblar.

Boyukmillet.com-un məlumatına görə, bu barədə cümə axşamı Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Baltik dənizinin təhlükəsizliyinə dair birgə bəyannamə imzalanıb. Bu, tərəflərin Baltik dənizinin təhlükəsizliyinin gücləndirilməsinə sadiqliyini təsdiqləyir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, sənədə əsasən, bu, NATO ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq, əlaqələndirilmiş məlumat mübadiləsi və regionda düşmənik fəaliyyətinin qarşısının alınması yolu ilə təmin ediləcək.

“NATO-nun Haaqa sammiti yaxınlaşdıqca, Alyansın Baltik dənizinin təhlükəsizliyi sahəsində hərəkətləri hazırlanacaq və kritik sualtı infrastrukturun mühafizəsi tədbirləri müzakirə olunacaq”, – departament əlavə edib.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …