Bazar , 15 Noyabr 2026
Drone Cameras

NATO ölkələrinin iclası təxirə salınıb

Oktyabrın 12-də Almaniyada NATO ölkələrinin liderləri səviyyəsində “Ramşteyn” formatında keçirilməli olan iclas qeyri-müəyyən müddətə təxirə salınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ukrayna xidməti NATO-nun mənzil-qərargahındakı mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Ağ Evdən bildirilib ki, yaxınlaşan “Milton” qasırğası ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfəri və iclasda iştirakı təxirə salınıb.

Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski iclasda “qələbə planı”nı təqdim edəcəyini açıqlamışdı.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …