Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

NATO yeni planı işə salıb, Atlantik okeanına qoşun yerləşdirib

NATO müdafiə planlarını aktivləşdirmək barədə qərar qəbul edib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Alyansın tviter səhifəsində bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında deyib ki, yeni qərar NATO-nu qorumaq məqsədilə verilib.

“NATO müttəfiqlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm nümayiş etdirməyəcək. Biz Alyansı qorumaq üçün müdafiə planlarımızı aktivləşdirmişik, hazırlıqlarımızı gücləndirmişik və Atlantik okeanının hər 2 tərəfinə qoşun yerləşdirmişik”, – hərbi ittifaqın lideri vurğulayıb.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …