Şənbə , 21 Fevral 2026
Drone Cameras

Naxçıvanda intihar etdiyi deyilən baş nazirin sabiq bininci müavini “Azinforum”a danışdı – ÖZƏL

Naxçıvanda dekabrın 7-sində  intihar etməsi ilə bağlı xəbər yayılan Muxtar Respublikanın baş nazirinin sabiq birinci müavini Asəf Məmmədov Azinforum.az-a özəl açıqlama verib.  O, yaxınlarının və doğmalarının bu xəbərdən ciddi sarsıntı keçirdiklərini  bildirib:

“Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında  həqiqəti əks etdirməyən  şayiələr yaysın. Hesab edirəm ki, həmin  doğru olmayan xəbərin yayılmasında maraqlı olan qüvvələr var, onların kimliyi mütləq araşdırılmalıdır. Hər halda, jurnalistə də həmin yanlış xəbəri kimsə verib. Amma siz media adamları da, hər eşitdiyinizi yazmamalısınız.  Hər halda,  mənimlə  və ya doğmalarımla əlaqə saxlanılsaydı dərhal bu xəbərin yanlış olduğu üzə çıxardı.  Əsası olmayan belə ağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdən istifadə edib, bizə dəyən mənəvi zərərin kompensasiyasını tələb edəcəm. Təşəkkür edirəm ki, bu məsələyə aydınlıq gətirdiniz”.

Rövşən ƏLİ,

Azinforum.az

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir