Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Naxçıvanda “Novruz qatarı” insanlara xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi bəxş edib-FOTO

Naxçıvanda “Novruz qatarı” insanlara  xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi bəxş edib-FOTO
21 mart tarixində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 180 gəncin qatarla Ordubad rayonuna ekskursiyası təşkil olunub. 

Boyukmillet.com xəbər verir ki, ekskursiyada gənclər üçün yolboyu qatarda Novruz bayramının simvolu olan oyunlar təşkil olunmuş, müxtəlif yarışlar keçirilmiş, musiqi nömrələri səsləndirilmişdir. Qeyd edək ki, 3 müasirtipli sərnişin vaqonu Novruz bayramına məxsus atributlarla bəzədilmiş şəkildə hazırlanmış Naxçıvan-Ordubad-Naxçıvan istiqamətində xəttə buraxılmışdır. Vaqonlarda sərnişinlərə nümunəvi xidmət göstərilməsi məqsədilə kupelərdə çay süfrəsi təşkil edilmiş, müxtəlif bayram nemətləri verilmişdir. Həmçinin qatarda olarkən “Ən yaxşı səməni” və “Ən yaxşı bəzədilmiş yumurta” müsabiqələri keçirilmiş, qalibləri mükafatlandırılıb.
Sonra iştirakçılar Ordubad rayonu ərazisindəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olmuş, rayon mərkəzində təşkil olunan el şənliyində iştirak ediblər.

Naxçıvanda “Novruz qatarı” insanlara  xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi bəxş edib-FOTONaxçıvanda “Novruz qatarı” insanlara  xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi bəxş edib-FOTONaxçıvanda “Novruz qatarı” insanlara  xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi bəxş edib-FOTO

Check Also

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir