Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Naxçıvanda ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

Naxçıvanda ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

 

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir. 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Boyukmillet.com-a verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında Naxçıvan şəhərində qərargah binasının tikintisi başa çatdırılmış, hərbi zavodun və mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilir. Babək rayonunda iki əsgəri-məişət kompleksi istifadəyə verilmiş, qərargah binasının, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil dayanacağının tikintisi davam etdirilir.
Culfa rayonunda Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmiş, Babək və Şahbuz rayonlarının hər birində üç anqarın tikintisi davam etdirilir. Kəngərli rayonunda “N” hərbi hissədə yaşayış binasının tikintisi davam etdirilir. Şərur rayonunda Daxili Qoşunların “N” hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir