Bazar , 15 Noyabr 2026
Drone Cameras

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası başa çatıb

Naxçıvan Muxtar respublikası Ali Məclisinin növbədənkənar sessiyası yekunlaşıb.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası avqustun 16-da keçirilən iclasdan sonra başa çatıb.

Ali Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanunlarına təklif olunan dəyişikliklər müzakirə edilib.

Qeyd edilən məsələlər ətrafında çıxışlardan sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …