Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvan Bölməsində hamiliyə götürülən tələbələr üçün elmi-praktiki seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Kimya ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib.

Tədbirdə institutun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Kimyəvi tədqiqatlarda müasir metodların tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Alim tələbələrə müasir tədqiqat sahəsi-nanotexnologiyadan, nanobirləşmələrin alınma metodlarından, onların tədqiq və tətbiqindən ətraflı danışıb. Bildirilib ki, insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanaotexnologiyanın nailiyyətlərindən istifadə edilməsin.

Əhməq Qarayev hal-hazırda dünyanın bir çox ölkələri bu texnologiyanın böyük imkanlarından istifadə edərək uğurlu nailiyyətlər qazanıldığını söyləyərək tələbələrin diqqətinə çatdırılıb ki, institutun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında da bu sahədə müəyyən tədqiqatlar aparılır. Təcrübələrdə də alınan nano və mikro hissəciklər laboratoriyada quraşdırılan Yaponiya istehsalı olan TM-3000 elektron mikroskopunda tədqiq edilir. O, qeyd edib ki, laboratoriya əməkdaşlarının apardığı tədqiqatların nəticələri ölkəmizdə və xaricdə çap olunan beynəlxalq elmi jurnallarda əksini tapıb.

Daha sonra tələbələr TM-3000 elektron mikroskop ilə yaxından tanış olublar. Burada onlara iş prinsipi barədə ətraflı məlumat verilib, bir sıra birləşmələrin nano və mikro hissəcikləri nümayiş etdirilib.

Sonda alim tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Naxçıvan Bölməsinin mətbuat xidməti

Boyukmillet.com

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …