Bazar , 19 Yanvar 2025
Drone Cameras

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi birgə məlumat yaydı

Boyukmillet.com Nuhçıxan-a istinadən məlumat verir Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi bildirir ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi pasport qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yenisini almaq üçün noyabrın 15-dən dekabrın 5-dək  (Bazar günləri istisna olmaqla) Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində müvəqqəti  fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər.

Ünvan:  BAKI şəhəri, NƏRİMANOV rayonu,

MİRZƏBALA MƏMMƏDZADƏ KÜÇƏSİ-8. (AZ-1033)

(Bakı şəhəri, Nərimanov rayonu Polis İdarəsinin yanı).

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …