Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Naxçıvan nümayəndəliyinin rəhbəri Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil olunmuş sərgidə iştirak edib – FOTOLAR

Ümumdünya Ətraf Mühit Günü münasibətilə İsveçin Azərbaycandakı səfirliyi “Azərxalça” ASC və Daş Salnamə Muzeyi ilə birlikdə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışını keçirib.

Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin dəvətilə həmin sərgidə iştirak edib.

Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunub.

Tədbirdə, həmçinin Azərbaycan xalçalarının yeni yaradılmış dizayn nümunələri rəqəmsal formatda nümayiş olunub. 

Check Also

ABŞ Dövlət Departamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı görüş keçiriləcək

Martın 2-də ABŞ Dövlət Departamentində Azərbaycan səfiri ilə insan haqları mövzusunda görüş keçiriləcək. Məlumata görə, …