Bazar , 29 Mart 2026
Drone Cameras

Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirilib

 Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.

Boyukmillet.com-un xəbərinə görə, minaatan bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər.

Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …